ABŞ Prezidenti Donald Tramp heç vaxt gülən kommunist görmədiyini bildirib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Xoşbəxt kommunist görmüsünüzmü? Kommunistlərin güldüyünü görmüsünüzmü? Mən heç vaxt görməmişəm. Kommunistlər tanımışam. Onlar heç vaxt gülmürlər”, – ABŞ lideri deyib və onları bədbəxt insanlar adlandırıb.
Tramp həmçinin noyabrda keçiriləcək Konqresə aralıq seçkilərdə kommunizmə qalib gələcəyinə söz verib.
Çıxışı zamanı Tramp ölkə qanunlarının dəyişdirilərək ona üçüncü müddətə dövlət başçısı vəzifəsinə yenidən namizədliyini irəli sürməyə imkan verilməsindən məmnun olacağını da bildirib.