2026-cı il dünya çempionatının finalından sonra baş verən insidentlə bağlı futbolçuların cəzaları açıqlanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, FİFA qarşılaşmadan sonra apardığı uzunmüddətli araşdırmanın yekununda qərarını verib.
Argentina millisinin futbolçusu Leandro Paredes 10, Nahuel Molina 7, Tiago Almada və İspaniya millisinin üzvü Qavi isə 1 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, dünya çempionatının finalından sonra Argentina və İspaniya futbolçuları arasında mübahisə yaşanıb.
Xatırladaq ki, həlledici qarşılaşmada Avropa təmsilçisi rəqibini minimal hesabla məğlub edərək dünya çempionu olub.