Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən həmin qadının fotosunu təqdim edir:
Xatırladaq ki, hadisə Gəncədə məcburi köçkünlər üçün yeni salınmış Qəsəbədə baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb.
Qadının ölümündə oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.