1680004979 78c8eaee d802 481c 8ba7 c9d23b2997a7

Bakıda “Toyota Prius” markalı iki avtomobilin iştirakı ilə kobud qayda pozuntusu qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Avtomobillərdən birinin videoqeydiyyatçısının lentə aldığı görüntülərdə “Prius”ların qəza şəraiti yaratması öz əksini tapıb.

Belə ki, sürücülərdən biri digərinə su atıb. Bundan sonra digər avtomobilin sürücüsü “Prius”un qarşısını kasərək qəfil əyləci basıb. Beləliklə onlar yolla hərəkət edən digər maşınlar üçün ağır qəza şəraiti yaradıblar.

Hadisə “20 Yanvar” metro stansiyası yaxınlığındakı tunelin çıxışında baş verib.

Görüntüləri olduğu kimi təqdim edirik:

Paylaş: