Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin yaranması ilə bağlı iddiaya münasibət bildirib.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir.
“Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmirlər”, – deyə cavabda qeyd olunub.
