WhatsApp Image 2026 08 21 at 11.49.02

“İqtisadi sahədə əməkdaşlıq Azərbaycan üçün faydalı olacaq, eyni zamanda bizim üçün də böyük imkanlar yaradacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında çıxışı zamanı deyib.

“Ümumilikdə hansı sektorlara yönəlmək olar? Sənaye sahələri, tikinti sektoru ola bilər. Çünki Azərbaycan hökumətinin əsas məqsədlərindən biri iqtisadiyyatın daha da şaxələndirilməsi və ölkəyə daha çox investisiya cəlb edilməsidir.

Burada çox böyük və önəmli imkanlar var. Günəş enerjisi, külək enerjisi, ümumiyyətlə, müasir texnologiyalar və ekoloji istiqamətlərlə bağlı sahələrin inkişaf etdirilməsi çox vacibdir.

Eyni zamanda, mövcud böyük və faydalı şirkətlərin sayının artırılması da əhəmiyyətlidir. Digər sahələr isə infrastruktur, informasiya texnologiyaları və digər müasir istiqamətlər ola bilər.

Ümumiyyətlə, ölkə iqtisadiyyatına fayda verə biləcək çox geniş spektrdə sahələr mövcuddur. Əsas məsələ Azərbaycana gətirilən investisiyaların iqtisadiyyat üçün ən böyük faydanı yarada biləcək istiqamətlərə yönəldilməsidir. Yaxın zamanlarda Şuşaya da getməyi planlaşdırıram. Burada da müəyyən layihələrin müzakirəsi olacaq”, – D.Norman bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: