bolt

Görkəmli aktyor Cahangir Zeynalovun qatıldığı verilişdə “Bolt” taksi xidməti ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, aktyor verilişə gecikməsinin səbəbi kimi “Bolt” taksilərini göstərib.

O, vətəndaşlara, mümkün olduğu təqdirdə, “Bolt” xidmətindən istifadə etməməyi tövsiyə edib:

“Verilişə 15 dəqiqə gecikməyimin təqsiri məndə deyil. Millətə demək istəyirəm ki, “Bolt”a minməyin. Həqiqətən də biabırçılıqdır. Çünki fırıldaqçılıq var. Telefon tətbiqində “önərilən”, yəni uyğun hesab edilən bölməsi var. Həmin bölməyə uyğun olaraq avtomobillərə və gedilən məsafəyə qiymət müəyyənləşdirilir. Biz də onu seçirik. Tətbiqdə iki dəqiqə göstərilir, lakin onu seçdikdə həmin iki dəqiqə doqquz dəqiqəyə çevrilir. Gözləyirsən. Mən 20-22 dəqiqə gözləməli oldum. Üç maşın dəyişdi. Bir qədər bahalı xidməti seçmək də insanı psixoloji olaraq incidir”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: