“Bu gün Paşinyan mətbuat konfransında dedi ki, Azərbaycan ərazisi Xəzər dənizinin səviyyəsindən asılı olaraq dəyişir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Armen Yeqizaryan yazıb.
“Mən bu məsələni araşdırdım və məlum oldu ki, burada manipulyasiya var, Azərbaycanın ərazisi Xəzər dənizinin səviyyəsindən asılı olaraq dəyişmir.
Bir dövlətin fiziki quru səthi dənizin, gölün səviyyəsinin qalxması və ya azalması nəticəsində dəyişə bilər, lakin bu, avtomatik olaraq dövlətin beynəlxalq-hüquqi sərhədlərinin dəyişməsi, yeni ərazi əldə etməsi demək deyil.
Xəzər dənizinin səviyyəsinin düşməsi nəticəsində Azərbaycanın sahil xətti dəyişə bilər və sudan azad olan bəzi hissələr quruya çevrilə bilər. Lakin bu, Azərbaycanın yeni ərazi əldə etməsi və ya beynəlxalq-hüquqi sərhədlərinin dəyişməsi demək deyil”.
Əliyar Xəlil
Globalinfo.az