Türkiyənin Şərqi Aralıq dənizində hərbi-dəniz qüvvələrinin fəaliyyətini artırdığı bildirilir.
Globalinfo.az xəbər verir ki, İsrailin “12-ci Kanalı”nın məlumatına görə, son dövrlərdə beynəlxalq sularda Türkiyəyə məxsus hərbi gəmilərin bölgədən keçən İsrail gəmilərinə yaxınlaşdığı bir neçə hal qeydə alınıb.
Məlumata görə, bu yaxınlaşmaların heç biri qarşıdurma və ya digər insidentlə nəticələnməyib. Bununla belə, İsrail tərəfi hadisələri Ankaranın bölgədə hərbi və siyasi fəallığını davam etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirir.
İsrail mediası hesab edir ki, Türkiyənin Şərqi Aralıq dənizində artan hərbi iştirakı Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətlər fonunda diqqət çəkir.
Tahir Turan
Globalinfo.az