Screenshot 2026 08 20 224859

Qazax rayonunun Birinci Şıxlı kənd sakini Zahid Cəlilov adına üç şirkət açıldığı və yarım milyon manatdan çox vergi borcu yarandığını deyir.  

Globalinfo.az xəbər verir ki, onun iddialarına görə, 2018-ci ildə aldadılaraq birlikdə işləmək vədi ilə adına VÖEN və üç şirkət açılıb.

Zahidlə bərabər onun iki qardaşı da bu işə cəlb edilib.

Onun sözlərinə görə, aldadan şəxs dünyasını dəyişib. O, neçə ildir aidiyyəti üzrə müraciətlər etsə də, problemi həllini tapmayıb:

“Qardaşımın qayını tərəfindən aldadılmışam. Savadsızlığımdan istifadə edib məni Bakıya çağırdılar şirkətdə işçi kimi qeydiyyata düşmək üçün. Getdim, dedi ki, tez-tez Bakıya gəlməkdənsə, etibarnamə ver özüm işləri həll edim. “Adına kart açırıq” adı ilə qol çəkdirdilər. Bir müddət sonra məhkəmədən sənəd gəldi. Bəlli oldu ki, 3 qardaş üçümüzün də adına şirkət açılıb. Mənim hazırda adıma 3 şirkət var. Yarım milyondan çox borcum yaranıb. İş tapa bilmirəm, ölkədən çıxışıma icazə verilmir”.

Hüquqşünaslar isə bildirirlər ki, dələduzluqda ittiham olunan şəxs vəfat etdikdə aldadılan şəxs dələduzluqla üzləşdiyini hüquq-mühafizə orqanlarına izahatları ilə açıqlayıb sübuta yetirərsə, bu halda hüquqi müstəvidə şəxsin problemi məhkəmə qaydasında həll olunur.

Daha ətraflı “Xəzər TV”nin süjetində:

Paylaş: