Estoniya sakini Vladimir Başkirov üzərində “Russia” yazısı olan şortikə görə tətbiq edilən cərimənin ləğvindən sonra geyimini məhkəmə yolu ilə geri alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Viru məhkəməsi Estoniya polisinin Başkirova tətbiq etdiyi cəriməni ləğv edib. Məhkəmə cinayət tərkibi olmadığı qənaətinə gəlib və işə xitam verib.
Başkirovun ölkədə qadağan olunan simvolları ictimaiyyətə nümayiş etdirmək niyyətində olduğuna dair əsas olmayıb. Buna görə də hüquq-mühafizə orqanları müsadirə etdikləri şortikləri sahibinə qaytarıblar.
Qeyd edək ki, Estoniyada 2022-ci ildən etibarən Rusiyanı dəstəkləyən simvolların ictimai nümayişinə qarşı məhdudiyyətlər tətbiq olunur. Qadağalar arasında “Z” işarəsi və “Georgi” lenti kimi simvollar da yer alır.
Safura Bənnayeva
Globalinfo.az