qartezner kan oroncov qyarqin n368505 426 1

“Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisi deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Alma-Ata Bəyannaməsinin qəbulundan əvvəl Ermənistan və Azərbaycanın ərazi sərhədlərini əks etdirən xəritələr mövcud olub:

Kirants istiqamətində sərhədin delimitasiyası da məhz həmin xəritələr əsasında aparılıb. Sözügedən xəritələrdə Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisi kimi göstərilmir və İrəvan bunu qəbul etməlidir”.

Paşinyan bu məsələlərin hərbi yolla həll edilməsinin mümkün olmadığını deyib.

Baş nazirin sözlərinə görə, sərhədlərin delimitasiyası başa çatdıqdan sonra Ermənistanın ərazisi 29 743 kvadrat kilometr təşkil etməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: