İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İraqın paytaxtı Bağdadda səfərdədir.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O, İraq parlamentinin sədr müavini Ədnan Fayhan və İranın İraqdakı səfiri Məhəmməd Kazım əs-Sadiq tərəfindən qarşılanıb.
Səfər zamanı regional proseslərin, Tehran və Bağdad arasında strateji əməkdaşlığın genişləndirilməsinin, eləcə də Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunması məsələlərinin müzakirəsi nəzərdə tutulur.
İran parlamentinin sədri həmçinin Kərbəlada İranın mərhum Ali rəhbəri Əli Xameneinin dəfninin 40-cı günü ilə bağlı keçiriləcək anım mərasimində iştirak edəcək.
Safura Bənnayeva
Globalinfo.az