batmaq

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

Globalinfo.az xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Hazırda xilasedicilər 36 yaşlı Elman Məmmədov axtarışlarını aparır.

Qeyd edək ki, Elman Məmmədov ailəlidir və 5 uşaq atasıdır.

Paylaş: