eraqci 111

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İranla bağlı “dağıdıcı iqtisadi müharibə” açıqlamalarına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “X” sosial media hesabında yazıb.

Əraqçi bildirib ki, ABŞ-ın İrana qarşı iqtisadi əməliyyata başlamaqla bağlı təhdidləri diqqəti ölkə daxilindəki maliyyə problemlərindən yayındırmaq məqsədi daşıyır. Söhbət ABŞ-ın rekord həddə çatan borcundan və faiz ödənişlərinin kəskin artmasından gedir.

O həmçinin ABŞ-ın “iqtisadi terrorunun” qlobal iqtisadiyyata və dünyanın müxtəlif ölkələrinin suverenliyinə təhlükə yaratdığını iddia edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: