66

Ermənistan parlamenti cəmiyyətin gözləntilərini əks etdirmir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Naira Zohrabyan deyib. 

O bildirib ki, Ermənistan ciddi problemlərlə üz-üzədir:

“İki ölkə – AzərbaycanRusiya referendum keçirilməsini tələb edir. Qarşıdakı dövrdə anklavlar məsələsi, TRIPP problemi və İranın sərt mövqeyi gündəmə gələcək.

Rusiyanın sanksiyaları Ermənistanın kənd təsərrüfatını məhv edib. Moskva deyir ki, bizi aldada bilməzsiniz, referendum keçirin və açıq şəkildə cavab verin – Avrasiya İqtisadi İttifaqı, yoxsa Avropa İttifaqı? Bu rejim özünü iki stulun arasına yerləşdirməyi bacarıb. İndi isə həm Rusiya, həm də Avropa İttifaqı deyir: seçim et! Ermənistan üçün qum saatı dekabra qədər işə salınıb. Rusiya tərəfindən daha sərt sanksiyalar tətbiq oluna bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: