ermeni esgerr

Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyandan ciddi şəkildə narazıdır. O, hətta seçkilərdən sonra Papikyanı vəzifəsindən uzaqlaşdırmaq istəyib, lakin yerinə istədiyi kimi namizəd tapa bilmədiyi üçün onu təkrar namizəd göstərməli olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Paşinyan Papikyana ordudakı mənəvi-psixoloji vəziyyəti qorumaq tapşırığı verib. Buna səbəb isə əsgər ölümlərinin artması olub. Amma Papikyan tapşırığı yerinə yetirə bilməyib, orduda ölüm halları daha da artıb. Papikyan hazırda günahın özündə olmadığını, təyin edilən kadrların yaxşı işləmədiyini sübut etməyə çalışır.

Keçmiş polis rəisi Arman Ovannisyanın hərbi polis təyin edilməsi isə Müdafiə Nazirliyini qarışdırıb. Hərbçilər “orduda milis” düşüncəsinə qarşı çıxır. Həmçinin Ovannisyanın keçmiş həmkarlarını da özü ilə orduya gətirəcəyi barədə yayılan məlumat vəziyyəti daha da qarışdırıb.

Müdafiə Nazirliyindəki gərginliyin nə ilə nəticələnəcəyi məlum deyil.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: