“Qərb ölkələri Ukrayna ilə bağlı yeni strategiyasını müəyyənləşdirdikdən sonra Prezident Volodimir Zelenskinin vəzifədən uzaqlaşdırılması məsələsini gündəmə gətirə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Vladimir Bruter deyib.
Onun sözlərinə görə, Zelenskinin siyasi taleyi Qərbin müharibənin gələcəyi ilə bağlı qərarlarından asılı olacaq:
“ABŞ və Avropa ölkələri Ukraynada vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini və münaqişə başa çatdıqdan sonra hansı ərazi reallığının formalaşacağını müəyyənləşdirdikdən sonra bu məsələyə qərar verə bilər. Hazırkı mərhələdə Zelenskinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmək tezdir.
Qərbin “güclü Zelenskiyə” ehtiyacı yoxdur. ABŞ və Avropa ölkələri qarşısında müxtəlif tələblər irəli sürən və öz şərtlərini diktə etməyə çalışan Ukrayna lideri onlar üçün arzuolunan siyasi fiqur deyil. Zelenskinin mümkün istefası Qərbin Ukrayna müharibəsi ilə bağlı gələcək strategiyası dəqiqləşdikdən sonra baş verə bilər” .
Safura Bənnayeva
Globalinfo.az