baki eas yeni

Xəbər verdiyimiz kimi, Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir. CNN ümumilikdə çox mübahisəli və hətta ABŞ Prezidenti Donald Trampın belə “feyk nyus ünvanı” adlandırdığı bir media qurumudur.

CNN-nin Bakını hədəfə alması hansı dairələrin maraq və tapşırıqları əsasında həyata keçirilir?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, CNN və bu qəbildən olan bəzi media qurumları zaman-zaman Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər:

“Bir sıra media qurumları real, səhih və mötəbər məlumatların yayılması, insanların informasiya ilə təmin olunması və cəmiyyətin məlumatlandırılması fəaliyyəti ilə məşğul olurlar. Lakin bəziləri, o cümlədən CNN kimi ittiham və şantaj xarakterli fəaliyyət ortaya qoyurlar.

Tramp cnnn 11 900x506 1

Onların gündəlik yaydığı xəbərlərə diqqət yetirdikdə görürük ki, digər media platformalarından fərqlənməyə çalışırlar. Lakin təqdim etdikləri fərqli məlumatların dəqiqliyi və səhihliyi çox zaman şübhə doğurur. Bu, daha geniş çərçivədə müəyyən qrupların və qüvvələrin maraqlarına xidmət edən fəaliyyətdir. Bu fəaliyyətin hədəfindəki dövlətlərdən biri də müstəqil siyasət yürüdən Azərbaycandır. Onlar Azərbaycanın atdığı addımlarla bağlı həmişə fərqli mənzərə yaratmağa çalışıblar”.

Ekspert qeyd edib ki, belə media qurumlarının fəaliyyətinin şəffaflığına, media prinsiplərinə zidd hərəkətlərinə və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsinə hüquqi qiymət verilməsi tamamilə qanunauyğundur:

“Media mənsublarına və platformalarına yaraşmayan, onların peşə prinsipləri ilə üst-üstə düşməyən fəaliyyətə qarşı belə bir iddianın qaldırılması təbiidir. Bütün dünyada medianın fəaliyyət istiqamətləri, prinsipləri və informasiya yayma qaydaları müəyyən olunub. Ona görə də tərəfimizdən qaldırılan bu iddianı haqlı hesab edirəm.

Xəyal Bəşirov

Anti-Azərbaycan mövqeyi ilə seçilən bu media platformasının hansı qüvvələrə xidmət etməsindən asılı olmayaraq, xoşniyyətli olmadıqları görünür. Kimlərinsə maraqlarına xidmət edərək Azərbaycanın atdığı addımlara kölgə salmaq və hər addımımıza qarşı əsassız ittihamlar irəli sürmək niyyəti daşıyırlar.

Hesab edirəm ki, rəsmi Bakının CNN-ə qarşı iddiası bir presedent yaradacaq. Bu bir sıra dövlətlərin də ürəyindən olacaq, çünki onlardan da bəziləri oxşar təxribatlara məruz qalıblar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: