WhatsApp Image 2026 08 19 at 11.44.03

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzinin qarşısındakı parkinqlə bağlı narazılıq yaranıb. Vətəndaşların sözlərinə görə, parkinqin bir hissəsi dəmir maneələrlə bağlanıb və bazara gələn şəxslərin avtomobillərini həmin ərazidə saxlamağına icazə verilmir. İddialara görə, burada əsasən bazar rəhbərliyinə aid avtomobillər park edilir.

Əraziyə avtomobillərin buraxılmaması isə “fövqəladə hallar üçün nəzərdə tutulması” ilə izah edilir.

Bəs belədirsə, həmin ərazidə rəhbərliyə aid avtomobillərin saxlanılması nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, ümumi istifadədə olan yollara aid ərazilərin hər hansı şəxsin şəxsi məqsədləri üçün bağlanması və ya məhdudlaşdırılması tamamilə qanunsuzdur:

“Çünki yollar və onlara aid ərazilər dövlətə məxsusdur. Bu məsələdə aidiyyəti qurumlar, o cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülə bilər. Heç kimin ümumi istifadədə olan yolun hərəkət hissəsini və ya ona aid ərazini şəxsi parklanma yeri kimi istifadə etmək hüququ yoxdur”.

elmeddin 1

Elməddin Muradlı

E.Muradlı bildirib ki, şəxsi parklanma yalnız şəxsi həyətlərdə və ya şəxsi obyektlərin ərazisində təşkil edilə bilər:

“Əgər ümumi istifadədə olan yol hər hansı şəxsin şəxsi məqsədləri üçün bağlanırsa, bu, qanunsuz hərəkət hesab olunur. Belə hallarda vətəndaşlar aidiyyəti qurumlara müraciət etməli və ərazidəki qanunsuzluğun aradan qaldırılmasını tələb etməlidirlər. Ərazi parklanma üçün nəzərdə tutulubsa, bu imkan hamı üçün əlçatan olmalıdır. Əks halda, heç bir şəxs üçün xüsusi imtiyaz yaradılmamalıdır. Hər hansı rəhbər şəxs və ya digər vətəndaş müxtəlif vasitələrlə, o cümlədən qadağanedici nişanlar və maneələr qoymaqla yolu bağlatdırır, yalnız özü gəldikdə həmin ərazidə avtomobil saxlayırsa, bu, qanunsuz zəbt etmə əlamətlərini yarada bilər. Belə hallarla bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq cəza mexanizmləri nəzərdə tutulur və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılmalıdır”.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Sumqayıt Rəsmi Səhifə (@sumqayitresmisehife)

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: