Türkiyənin cənub-şərqində yerləşən Batman vilayətində kişilərin geyimi ilə bağlı qeyri-adi qayda tətbiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Batman şəhərində yerləşən bir yaşayış kompleksində kişilərin şort geyinməsi qadağan edilib.
“Qərar barədə sakinlərə “WhatsApp” vasitəsilə məlumat verilib. Yeni qayda bəzi sakinlərin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, bu cür məhdudiyyət insanların şəxsi azadlığına və geyim seçiminə müdaxilədir.
Bununla belə, qərarı dəstəkləyən sakinlər də var”.
Safura Bənnayeva
Globalinfo.az