Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskva ilə Vaşinqton arasında “səssiz diplomatiya” aparıldığı barədə məlumatları şərh edib.
Globalinfo.az xəbər verir ki, Uşakov diplomatik təmasların qapalı keçirilməsinin normal olduğunu bildirib.
“Hər hansı məsələ barədə yüksək səslə danışılmağa başlanılırsa, bu artıq diplomatik prosesdən daha çox, ictimai açıqlama xarakteri daşıyır.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin ölkəyə mümkün səfəri ilə bağlı hələlik konkret məlumat yoxdur. Belə bir səfərin baş tutması üçün əvvəlcədən ciddi hazırlıq və tərəflər arasında razılaşdırma tələb olunur. Səfərin gündəliyi dəqiqləşərsə, bu barədə məlumat verəcəyik”.
Safura Bənnayeva
Globalinfo.az