WhatsApp Image 2026 08 18 at 16.41.27

Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Giorgi Kajaia istefa verib.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze avqustun 18-də keçirdiyi brifinqdə bildirib .

Baş nazir hazırda bu vəzifənin boş olduğunu deyib. 

Kobaxidze qeyd edib ki, Kajaia başqa bir sahəyə keçib və öz təşəbbüsü ilə vəzifəsindən ayrılıb. O,artıq Rusiya ilə bağlı məsələlərə baxmır. Kajaianın hansı səbəbdən istefa verdiyi tam olaraq məlum deyil. 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: