İsrailin Suriyanın “Əl-Duhur” aviabazasına hücumları gərəksiz eskalasiyadır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak qeyd edib.
Onun sözlərinə görə, Suriya İsraillə münasibətlərdə deeskalasiyaya üstünlük verir.
“ABŞ təmkin və qarşılıqlı əlaqənin daha konstruktiv yol olduğuna inanır. Bütün tərəfləri məntiqi mülahizələrə üstünlük verməyə çağırırıq”, – T.Barrak yazıb.
Xatırladaq ki, Suriyanın İdlib bölgəsində “Əl-Duhur” aviabazasına 8 zərbə endirilib. Suriya hökuməti hücumlarda İsraili günahlandırıb.