canli cumhurbaskani erdogan star tv ntv ortak 14694775 3326 amp

Ermənistan parlamentində müxalifətçi deputat Geqam Manukyan hakim “Mülki Müqavilə” partiyasının deputatlarının, xüsusilə Arman Yeqoyanın erməni diasporu ilə bağlı çıxışına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Manukyan 2006-cı ildə İstanbulda keçirilən böyük mətbuat konfransında Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğanla bağlı xatirəsini bölüşüb.

“2006-cı ilin payızı idi, deputat idim. İstanbulda böyük bir mətbuat konfransı keçirilirdi. Başa düşürdüm ki, sadəcə iştirak etmək düzgün deyil. Fürsət yarandı və Ərdoğanın gözlərinin içinə baxaraq “erməni soyqırımı” barədə ətraflı danışdım. Onun ilk reaksiyasının nə olduğunu bilirsinizmi? Dedi ki, sən erməni diasporunun təsiri altındasan. İndi eyni sözü hakim partiyadan eşidirəm”, – G.Manukyan qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: