Xalq Bank çeşidli əmanət məhsulları ilə müştərilərinə sərbəst vəsaitlərini etibarlı şəkildə yerləşdirmək və gəlir əldə etmək imkanı yaradır.
Globalinfo.az bildirir ki, müştərilər seçdikləri əmanət növünün şərtlərinə uyğun olaraq illik 10,5%-dək gəlir əldə edə bilərlər. Faizlərin ödənilməsi isə məhsulun növündən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçirilir.
Rəqəmsal əmanət növündə Xalq Bank müştəriləri bank filialına müraciət etmədən XalqOnline tətbiqi vasitəsilə əmanət yerləşdirə bilərlər.
| 3 ay | 6 ay | 9 ay | 12 ay | 18 ay | 24 ay | |||||||
| Aylıq | Müddət sonu | Aylıq | Müddət sonu | Aylıq | Müddət sonu | Aylıq | Müddət sonu | Aylıq | Müddət sonu | Aylıq | Müddət sonu | |
| “Rəqəmsal əmanət”
(AZN valyutasında) |
7% | 8% | 8% | 9% | 9% | 9.5% | 10% | 10.5% | 10% | 10.5% | 10% | 10.5% |
“Müddətli” əmanəti– AZN valyutasında illik 10.5%-dək, minimal məbləğ – 100 AZN/USD/EUR
“Proqress” əmanəti – AZN valyutasında illik 10%-dək, minimal məbləğ – 100 AZN/USD/EUR. Depozit məbləğinin artırılması imkanı mövcuddur.
“VIP-Rantye”- depozitin artırılması və qismən çıxarılması imkanı ilə iri məbləğdə sərbəst vəsaitlərin etibarlı və gəlirli saxlanmasını təmin edir. AZN valyutasında illik 9%-dək, minimal məbləğ – 100 000 AZN/USD/EUR
“Uşaq yığım”- övladınızın adına yetkinlik yaşına çatana qədər yığım imkanı verir və faizlərin kapitallaşdırılması ilə əlavə gəlir təklif edir. AZN valyutasında illik 10.25%-dək, minimal məbləğ – 100 AZN/USD/EUR
Həmçinin ABŞ dollarında yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi 2,5%-dək təşkil edir.
Xatırladaq ki, hazırda Xalq Bank tərəfindən keçirilən stimullaşdırıcı “Əmanət” lotereyası davam edir. İştirakçıları əsas uduş olan 2 ədəd 50 000 AZN daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir. Qeyd edək ki, lotereyanın birinci tirajı uğurla yekunlaşmış və qaliblər müəyyən edilmişdir. 12 oktyabrda baş tutacaq 2-ci tirajda 15 ədəd 5 000 AZN, 25 ədəd 1 000 AZN və 35 ədəd 500 AZN məbləğində pul mükafatlarının qalibləri müəyyən ediləcək.
Şərtlərə əsasən, 1 aprel-30 dekabr 2026-cı il tarixlərində Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Ətraflı: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.