Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerləri də var.
Globalinfo.az valyuta.az-a istinadən xəbər verir ki, sözügedən vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.
Vakansiya elan edilən nazirliklər və vakant yerlərin sayı aşağıdakı kimidir:
Mədəniyyət Nazirliyi – 1 vəzifə üzrə 1 yer;
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 2 vəzifə üzrə 2 yer;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 7 vəzifə üzrə 7 yer;
Energetika Nazirliyi – 2 vəzifə üzrə 2 yer;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 3 vəzifə üzrə 3 yer;
Gənclər və İdman Nazirliyi – 11 vəzifə üzrə 11 yer;
Müdafiə Sənayesi Nazirliyi – 3 vəzifə üzrə 3 yer.