Yeni tədris ilinin başlamasına bir aydan az müddət qalıb. Valideynlər məktəb ləvazimatları ilə yanaşı, həm də övladları üçün məktəbli formaları da alırlar.
Hazırda övladı məktəbə, xüsusən birinci sinfə edən valideynləri maraqlandıran bir sıra suallar var:
Bil məktəbli formalarında dəyişiklik nəzərdə tutulubmu? Qiymətlərdə ötən illə müqayisədə dəyişiklik varmı? Geyimlərin materialları standartları görə necə müəyyən olunub? Valideynlər standartlara cavab verən formaları haradan əldə edə bilərlər?
Globalinfo.az-ın xəbərinə görə, Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov Lent.az-a açıqlamasında bildirib ki, məktəbli formalarında dəyişiklik yalnız Nazirlər Kabinetinin qərarı ilə mümkündür:
“Bir çoxları düşünür ki, məktəbli formalarının satışı yalnız mövsümi xarakter daşıyır. Bizim satış mərkəzlərimizdə ilboyu formaların satışı həyata keçirilir.
Məktəbli formalarında dəyişikliklər yalnızca Nazirlər Kabinetinin qərarı ilə mümkündür. Qərar olmadan kim isə formalarda dəyişiklik etmək səlahiyyətinə malik deyil.
Nazirlər Kabinetinin qərarına görə, şalvar və ətəklər 60% yun, 40% polyester, köynəklər isə 100% pambıqdan hazırlanır. Biz həmin materialları Belarusiya, Türkiyə və Özbəkistandan gətiririk. Bütün parçaların sertifikatları var, standartlara tam cavab verir. 26 ölçüdən 54 ölçüyə qədər şalvar və ətəklərin qiymətini 20 manatdan 15 manata endirmişik. Nəzərə alsaq ki, 54 ölçülü şalvarları böyük adamlar da geyinə bilər, yəni 15 manat şalvarın tikilmə pulu belə deyil. Jaketlər də çox ucuzdur. 30-50 ölçülü qalın jaketlər 30 manatdan 22 manata enib. Köynəklər 100% pambıq parçadan tikilir. Qısaqol köynəklər 12, uzunqollar isə 14 manatdır. Qızlar və oğlanlar üçün nazik jaketlər 20, kapüşonlular 25, qalınlar isə 22 manatdır”.
E.Əzimov qeyd edib ki, BTE-nin istehsalı olan mallara bir il zəmanət verilir:
“Valideynlərə tövsiyə edirəm ki, təsadüfi yerlərdən, mənşəyi bilinməyən, sertifikatı olmayan heç bir məktəbli formasını almasınlar. Onlar keyfiyyətsizdirlər, bir dəfə yuyulduqda əski parçasına dönürlər. Bununla yanaşı, keyfiyyətsiz geyimlər uşaqlarda allergiya, dəri xəstəlikləri törədə bilir. Ona görə də mütləq fabrik istehsalı olan məktəbli geyimləri almaq lazımdır. Bizim satış mərkəzlərimizdən alınan mallara bir il zəmanət veririk”.
Şöbə müdiri qeyd edib ki, 54 ölçüdən böyük şalvar, ətək və polo köynəklər üçün qiymətə 5 manat əlavə olunur:
“26-54 ölçüdən böyük, yəni 56, 58 və 60 ölçülü şalvar, ətək və polo köynəklərə artıq parça sərfiyyatı səbəbindən standart qiymətə 5 manat əlavə olunur”.
E.Əzimov BTE-nin satış mağazaları barədə də məlumat verib:
1. “MƏKTƏBLİ DÜNYASI ƏSAS MAĞAZA N№1 Nəsimi rayonu, Mərdanov Qardaşlan, 113 (Rusiya səfirliyi. Qarşısı) Tel: 012 597 45 39
2. «ВТЕ МƏKTƏBLİ DÜNYASI» Filial N№ 2, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 169 (Kristal Şadlıq evi yanı) Tel: 012 425 06 85/051 682 27 09/051 362 49 69/427 16 23 ƏSAS
3. «ВТЕ МӨКТƏBLİ DÜNYASI» Filial N№ 3, Nərimanov rayonu, 11-ci Volodarski küç./ULDUZ metro.2-ci çıxışı, Tel: 050 444 92 19
4. “BTE MƏKTƏBLİ DÜNYASI Filial N№ 4, Metro Əhmədli, Sarayevo küç 22, Bakı kinoteatr.yanı, tel: 050 362 32 22 Tərlan
5. «BTE MƏKTƏBLİ DÜNYASI» Filial № 5, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küşəsi 92, Yesenin parkının qarşısı, Beynəlxalq bankın yanı. Tel:070 310 90 80 Vüqar
6. «ВТЕ МƏKTƏBLİ DÜNYASI» Filial № 6, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 55, Qələbə k/t dairəsi Tel: 055 685 49 99 YAŞAR
7. «BTE MƏKTƏBLİ DÜNYASI» Filial № 7, “KARAT uşaq geyimləri, Sabunçu rayonu, Maştağa, Seyid İbad Ağa küçəsi 131, Tel: 055 915 30 00
5. «ВТЕ МӘКТƏBLİ DÜNYASI» Filial № 8, Nərimanov rayonu, Ağanemətulla küçəsi 63E,/saatlı binanın yanı/ Tel: 012 567 09 47/050 266 67 41/ Aqil: 050 49873 73.
Bazar günləri əsas mağazadan başqa bütün filiallarımız işləyirlər”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, məktəblərdə müvafiq geyim formaları tətbiq olunur.