WhatsApp Image 2026 08 17 at 13.33.24

Xəbər verdiyimiz kimiPrezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ölümündən sonra təltif ediliblər.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilənlər arasında mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu da var.

Hər iki şəxs 2024-cü il 9 iyul tarixində DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olublar.

1723881371 13a98e1daca2cef68a113580cd0fd3ac(1)

mayor Baxış Baxışlı

448082980 771491341721313 5750179135461885266 n(1)

əsgər Əli Nağıyev

Paylaş: