“İran ABŞ və İsrailin atəşkəs əldə etmək səylərinin yalnız bazarlara təzyiqi azaltmaq və yeni hərbi əməliyyatlara hazırlıq məqsədi daşıdığını düşünür”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Tehran Vaşinqtonla danışıqları davam etdirməyi doğru hesab etmir:
“İran rəhbərliyi danışıqlar müddətinin münaqişədən əvvəl tədbirlər görmək üçün müvəqqəti xarakter daşıdığını hesab edir. Tehranın fikrincə, bu, ABŞ və İsrailin qlobal iqtisadiyyata təzyiqi azaltmaq və vaxt qazanmaq cəhdidir. İran qisas almaq istəyir, bu isə tərəflərin münaqişəyə son qoyulması üçün razılığa gəlməsini çətinləşdirir”.
Qeyd edək ki, ABŞ və İran arasında İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəs müddəti başa çatıb
Əliyar Xəlil
Globalinfo.az