Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Globalinfo.az xəbər verir ki, “Neftçi” “SOCAR Polymer Arena”da “Sumqayıt”ın qonağı olub. Görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”nin heyətində qolları Breno Almeyda (2) və Lyubomir Tupta vurublar. Ev sahibi komandadan isə Nadir Orucov fərqlənib.
74-cü dəqiqədə “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni, 1:0, “Sabah” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” – “İmişli” matçında isə qalib müəyyənləşməyib – 0:0. Tura avqustun 17-də keçiriləcək “Qarabağ” – “Şamaxı” matçı ilə yekun vurulacaq.