“44 günlük müharibə zamanı Hadrutdakı Vəng kəndində mühasirəyə alınan əsgərlərin köməyinə heç kim gəlmədi: nə vəd edilmiş xüsusi təyinatlılar, nə də komandirlər”.
Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi bloger Aram Qevorqyan yazıb.
O bildirib ki, kənddə evə sığınan əsgərlərdən 19 yaşlı Tiqran Aqanesyan 10 gün yaralı halda kömək gözləyib:
“Həmçinin yaralı David Adoyan da 18 gün sağ qalmaq üçün mübarizə apardı, amma köməyə gəlmədilər. 5-ci batalyonun şəxsi heyəti panikaya düşərək özlərini müdafiə etməyə çalışdılar, lakin koordinasiyalı döyüş əməliyyatları və vahid rəhbərlik olmadığı üçün bacarmadılar”.
Bloger deyib ki, döyüşün ən kritik anında erməni komandanlığının sərişətsizliyi faciəyə səbəb olub:
“Düşmənin Hadrut şəhərinə daxil olması barədə yuxarı qərargahdan məlumat almaq imkanı olmadığı üçün batalyonun şəxsi heyəti şəhərə doğru çəkildi. Lakin Azərbaycan Ordusu artıq Hadruta girmişdi. Belə bir məqamda şəhərə çəkilən erməni qoşunları Azərbaycan hərbçiləri ilə üz-üzə gəldi. Şiddətli döyüşdə hərbçilərimizin çoxu həlak oldu”, – A.Qevorqyan qeyd edib.
Erməni bloger iki aylıq əsgərlərləri döyüşə aparmağın bağışlanmaz səhv olduğunu vurğulayıb və Ermənistan ordusunda bu hallara çox rast gəldiyini deyib.
Əliyar Xəlil
Globalinfo.az