Monteneqroda ölkənin qərb və cənubunda baş verən meşə yanğınlarının söndürülməsi üçün bütün yanğınsöndürmə təyyarələri işə cəlb olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Miloyko Spayiç məlumat verib.
“Hazırda yanğınlarla mübarizədə ölkənin 3 Air Tractor təyyarəsi və icarəyə götürülmüş An-32P Firekiller təyyarəsi iştirak edir. Air Tractor təyyarələri birlikdə 9 min litr, An-32P isə bir uçuşda 8 min litr su daşıya bilir. Yanğınlar xüsusilə Xorvatiya və Bosniya və Herseqovina sərhədində yerləşən Herseq Novi, həmçinin Albaniya sərhədindəki Ultsin bölgəsində davam edir”, – deyə o bildirib.
Spayiç qeyd edib ki, bu il Monteneqronun yanğınlarla mübarizə imkanları ötən illə müqayisədə 4 dəfə artırılıb.