İndoneziya zəlzələ qurbanlarının sayı 51 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 36 nəfər ağır, 77 nəfər yüngül xəsarət alıb, 5 minə yaxın insan isə təxliyə edilib.
Xilasedicilər hələlik itkin düşənlərin dəqiq sayını müəyyən edə bilmirlər.
Qeyd edək ki, 7,7 maqnitudalı zəlzələ avqustun 15-i səhər saatlarında İndoneziyanın şərqində, Şərqi Nusa-Tenqara əyalətində baş verib.