İndoneziya sahillərindən növbəti dəfə zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanlar 6,0 bal gücündə olub. Episentr 282 min insanın yaşadığı Palu şəhərindən 128 kilometr məsafədə olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, İndoneziyada səhər saatlarında da güclü zəlzələ olub. Bu saata olan məlumata görə, hadisə zamanı 47 nəfər həyatını itirib.
Aysel Əliyeva
Globalinfo.az