Reyn çayında suyun səviyyəsinin kəskin azalması çayda gəmiçiliyi iflic olmaq həddinə çatdırıb. Əsas ölçmə məntəqələrindən birində suyun səviyyəsi cəmi 6 santimetrə düşərək tarixi antirekordu yeniləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, Kaub şəhəri yaxınlığında suyun səviyyəsi o qədər aşağıdır ki, hətta az yüklənmiş gəmilərin belə hərəkəti mümkün deyil. Bu vaxtadək Kaubda ən aşağı göstərici 25 santimetr olub. Bu rəqəm də 2018-ci ilin oktyabrında qeydə alınıb.
Reyndə, eləcə də Avropanın digər çaylarında, o cümlədən Dunayda suyun azalması son aylarda yağıntıların normadan aşağı olması ilə əlaqələndirilir.
Aysel Əliyeva
Globalinfo.az