Türkiyə və Pakistandan xüsusi hərbi heyət Səudiyyə Ərəbistanına səfər edib. Məlumata görə, buraya dron mütəxəssisləri, hava qüvvələrinin yüksək rütbəli zabitləri və kəşfiyyat heyətləri daxildir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyə və Pakistan hərbi heyətlərinin Səudiyyə Ərəbistanına səfəri “Məkkə sazişi”nin praktik təzahürüdür:
“Daha əvvəl Türkiyə Milli Müdafiə Nazirliyindən bu barədə bildirilmişdi. Aydındır ki, “Məkkə sazişi” çərçivəsində üç dövlət arasında hərbi əməkdaşlıq güclənəcək, münasibətlər yeni mərhələyə daxil olacaq. Qarşılıqlı səfərlər, təlimlər də bu baxımdan qiymətləndirilməlidir.

Kənan Novruzov
“Məkkə sazişi” üç dövlət arasında əməkdaşlığı gücləndirməklə yanaşı, həm müsəlman dövlətləri arasında həmrəyliyi möhkəmləndirəcək. Gələcəkdə digər dövlətlərin, o cümlədən Azərbaycanın da bu sazişə qoşulması mümkündür”.
Turan Rzayev
Globalinfo.az