metro 0

Xətlərin ayrılması layihəsi yeddi müxtəlif mürəkkəb layihəni özündə ehtiva edir.

    Globalinfo.az bildirir ki, bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

    “Birinci mərhələ üzrə Dərnəgül Elektrik Deposu artıq istifadəyə verilib. Eyni zamanda ikinci vacib vəzifələrdən biri də 200 metrə yaxın tunelin inşa olunması idi. Artıq həmin istiqamətdə də müəyyən işlər görülüb, 211 metrə yaxın tunelin 39 metri artıq inşa olunub və onlar bugün hərəkətin təşkil olunduğu sahəyə gəlib çatdığından qatarların hərəkətinin dayandırılması zərurəti yaranmışdı. Bu işlər qeyd etdiyim kimi 11 ay davam edəcək. Artıq piyada pilləkəninin Cəfər Cabbarlı 28 May stansiyaları arasında inşası başa çatmaq üzrədir. Yaxın bir ay yarım, iki ay ərzində bu pilləkən istifadəyə veriləcək. Bu isə o deməkdir ki, Cəfər Cabbarlı ilə 28 May stansiyasını birləşdirən daha bir piyada pilləkəni sərnişin axınlarının daha rahat tənzimlənməsinə gətirib çıxaracaq. Xətlərin ayrılması layihəsi çərçivəsində həmçinin ayrı-ayrı müstəqil xətlər olduğundan qatarların hərəkətini təmin edən dartı tipli elektrik yarımstansiyası iki ədəd olmaqla inşa olunacaq, daha birisi yenidən qurulacaq”.

    O deyib ki, 11 ay ərzində Nizami və Cəfər Cabbarlı stansiyaları arasında havalandırma sistemi üçün yeni havalandırma şaxtası inşa olunur və həmin sahədə Bakı metropolitenin tarixi bir problemi olan hərəkət sürətinin azaldırılmasına gətirib çıxaran tunel infrastrukturuna təsirlərinin aradan qaldırılması istiqamətində əhəmiyyətli işlər aparılacaq.

    Paylaş: