“TRIPP layihəsi ərazi və ya hərbi baza deyil, infrastruktur layihəsidir, yəni onun çərçivəsində hər hansı başqa bir dövlətin təhlükəsizlik qüvvələrinin mövcudluğu nəzərdə tutulmur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Sarkis Xandanyan deyib.
“Burada təhlükəsizliyin təmin edilməsi Ermənistana və ölkənin müvafiq orqanlarına həvalə edilib”, – Xandanyan bildirib.