Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Düren rayonunda meşə yanğını səbəbindən təxminən 2 min sakin təxliyə olunub.
Globalinfo.az xəbər verir ki, artıq 300 hektara yaxın ərazinin yandığı bildirilir.
Yanğının yaxınlaşdığı yaşayış mərkəzlərindən birində yerləşən qocalar evinin sakinləri təhlükəsiz əraziyə köçürülüblər.