pensiya 12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün BakıSumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ƏƏSMN-dən bildirilib. 

Məlumata görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

Qeyd edilib ki, digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Paylaş: