
REKLAM BANNERİ
Gürcüstanla Rusiya arasındakı sərhəd keçid məntəqəsi təbii fəlakətlərlə bağlı avtomatik erkən xəbərdarlıq sisteminin işə düşməsi səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Globalinfo.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sistemin aktivləşməsi təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb olub və sərhəddən keçid müvəqqəti məhdudlaşdırılıb.
Əlaqəli xəbər
Təhlükəsizlik Şurası 1945-ci ilin dünyasını əks etdirir – Quterreş
Məlumata görə, vəziyyət normallaşdıqdan və təhlükənin aradan qalxdığı müəyyən edildikdən sonra keçid məntəqəsinin fəaliyyətinin bərpa olunması gözlənilir.
Tahir Turan
Globalinfo.az