Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalını bərpa etmək üçün bir sıra şərtlər irəli sürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tədarükün yenidən başlaması üçün məhsulların təhlükəsizliyinə zəmanət verilməli, pestisidlərə nəzarət gücləndirilməli və yerli istehsalçıların öz xammallarından istifadəsi təmin edilməlidir.
Bundan əlavə, məhsulların istehsaldan son istehlakçıya qədər bütün təchizat zənciri üzrə şəffaf şəkildə izlənilməsi tələb olunur.
Nazirlik bildirir ki, qeyd olunan tələblər yerinə yetiriləcəyi təqdirdə Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünün bərpası mümkün ola bilər.
Tahir Turan
Globalinfo.az