qatarr

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın -92 və Aİ-95 benzini ixrac olunub.

***

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.

Globalinfo.az xəbər verir ki, 20 vaqondan ibarət buğda bu gün Biləcəri stansiyasından yola salınır.

Qatar saat 15:00-da”Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək.

Paylaş: