6a7d73a203b456a7d73a203b4617866064986a7d73a203b436a7d73a203b44

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı və Qlobal Cənub Gənclər Platformasının (GSYP) birgə tərəfdaşlığı ilə 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə geniştərkibli videokonfrans keçirilib.

BTQ-dən Globalinfo.az-a bildirili ki, BMT Baş Assambleyası tərəfindən 1999-cu ildə təsis edilən bu əlamətdar gündə baş tutan virtual görüş Qlobal Cənubun gənc liderlərinin beynəlxalq müstəvidə fəaliyyətini əlaqələndirmək və müştərək beynəlxalq layihələri müzakirə etmək məqsədi daşıyıb.

Görüş zamanı tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri və prioritetləri barədə məlumat verib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Onlayn konfransda 20 fərqli ölkədən, müxtəlif gənclər təşkilatlarının üzvləri, rəhbərləri və BMT İnkişaf Proqramının məsləhətçiləri iştirak ediblər.

Müzakirələr çərçivəsində BTQ və GSYP arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi imkanları, gələcək perspektivlər, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və davamlı əlaqələrin yaradılmasının əhəmiyyətini qeyd ediblər.

Görüşdə, həmçinin, gələcəkdə mühüm qlobal tədbirlərdə birgə təşəbbüslərin həyata keçirilməsi və digər fəaliyyətlərin təşkili imkanları müzakirə olunub, mümkün əməkdaşlıq formatları barədə ilkin fikir mübadiləsi aparılıb.

Tərəflər gənclərin beynəlxalq proseslərdə fəal iştirakının təşviqi, müxtəlif regionlardan olan gənclər arasında əlaqələrin gücləndirilməsi və onların qlobal əhəmiyyətli məsələlər üzrə dialoqa cəlb olunması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Xatırladaq ki, Qlobal Cənub Gənclər Platforması (GSYP) Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi və təşkilatı dəstəyi ilə 1 may 2026-cı il tarixində rəsmən yaradılıb.

Paylaş: