“Ermənistanda referendum keçirildikdən və Konstitusiya dəyişdirildikdən sonra Azərbaycanla anklavlar məsələsi gündəmə gətiriləcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, rəsmi Bakı ilk növbətə Konstitusiyanın Müstəqillik Bəyannaməsinin preambulasına əsaslanmasının aradan qaldırılmasını, bununla da Qarabağ məsələsinin qanuni şəkildə bağlanmasını istəyir. Ona görə də, İrəvan ilk bu məsələni həyata keçirəcək.
“Daha sonra isə Tiqranaşen (Kərki-red.) kəndinin Azərbaycana qaytarılması gündəmə gələcək. Hökumət nümayəndələri bu kəndin Artsvaşenlə (Başkənd-red.) mübadiləsini nəzərdə tutur, lakin hələlik qərar yoxdur. Buna baxmayaraq, Tiqranaşenin qaytarılması planda var. Hökumət üzvləri mübadilənin erkən həyata keçirilməsini təklif etsə də, baş nazir Nikol Paşinyan buna qarşı çıxır, Konstitusiya mövzusunun prioritet olduğunu bildirir“, – “Hraparak” yazıb.
Əliyar Xəlil
Globalinfo.az