“Rəsmi Tokio Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarından olan İturup adasına səfəri ilə bağlı Moskvaya etiraz edib”.
Globalinfo.az xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi deyib.
Yaponiya Xarici İşlər Nazirliyi həmçinin Tokionun “Şimal əraziləri” adlandırdığı Kuril adalarının cənub hissəsinin “əslən Yaponiyaya məxsus ərazi” olduğunu bildirib.
Nazirlik bunun həm tarixi, həm də hüquqi baxımdan belə olduğunu deyib.
Qeyd edək ki, avqustun 13-də Putin ilk dəfə İturup adasına səfər edib.
O, Yaponiyanın Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini və bunun səbəblərini araşdırmağa çalışmadığını deyib. Rusiya lideri Moskvanın Yaponiyaya təhlükə yaratmadığını vurğulayıb və Tokionun Kuril adaları ilə bağlı Rusiyaya ərazi iddialarının olduğunu qeyd edib.
Xatırladaq ki, Kuril adalarının cənub hissəsinin – İturup, Kunaşir, Şikotan və Habomai adalarının – statusu Rusiya ilə Yaponiya arasında uzun illərdir davam edən əsas mübahisələrdən biridir.
Əliyar Xəlil
Globalinfo.az