yangin

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12kv.m sahədə və ümumi sahəsi 75kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9kv.m. sahədə yanıb.

Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

*** 06:20

Bakıda mağazada başlayan yanğın evlərə keçib.

Globalinfo.az report-a istinadən xəbər verir ki, hadisə 28 may küçəsində qeydə alınıb.

Belə ki, obyektə qeydə alınan alov qısa müddət sonra ətrafdakı evlərə keçib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

Digər mənzillərdə yaşayan sakinlər təxliyə edilib. Yanğın qısa müddətdə söndürülüb.

Bir nəfər sakin tüstüdən zəhərlənib və hospitalizasiya olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.

1 1 2 4 3 1

Paylaş: