images 7

Gürcüstanın Baş naziri İrakli Kobaxidze AzərbaycanTürkiyə ilə mövcud strateji əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.

Globalinfo.az xəbər verir ki, “Georgia24” məlumat yayıb.

Kobaxidze qeyd edib ki, Tbilisinin həm Bakı, həm də Ankara ilə münasibətlərində müsbət dinamika müşahidə olunur və üçtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

Gürcüstan hökumətinin başçısı Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsi və rəqəmsal kommunikasiya imkanlarının yaradılmasını nəzərdə tutan “Black Sea Submarine Cable” (BSSC) layihəsinin əhəmiyyətini də vurğulayıb.

Onun sözlərinə görə, sözügedən layihə artıq Avropa İttifaqı ekspertləri tərəfindən ümumi maraq doğuran təşəbbüslər siyahısına daxil edilib.

Kobaxidze hesab edir ki, bu cür regional layihələr Gürcüstan, AzərbaycanTürkiyə arasında iqtisadi və strateji əlaqələrin daha da möhkəmlənməsinə, eyni zamanda regionun Avropa ilə bağlantılarının genişlənməsinə imkan yarada bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: