AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə boğularaq ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə AzTV-nin “Facebook” hesabında məlumat verilib.
Onun İnformasiya Proqramları studiyasının prodüseri olduğu bildirilir.
***20:50
Xəzər rayonu, Mərdəkan qəsəbəsində bir nəfər dənizdə batıb.
Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1990-cı il təvəllüdlü Məmmədli Məqsəd Əlisahib oğlunun meyiti aşkarlanıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Məmmədli Məqsəd Azərbaycan Televiziyasında İnformasiya Proqramları studiyasının prodüseri vəzifəsində çalışıb.